Previous Next
Bağla

Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

26-05-2021 11:40
Science.gov.az portalı müasir dizaynda oxucuların istifadəsinə verilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən, ölkəmizdə ilk veb sayt olan (1995), Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi portalı Science.gov.az-ın kompüter, mobil və planşet versiyaları müasir dizaynda, dövrün çağırışlarına uyğun, ən son texnologiyalardan istifadə etməklə, təkmilləşdirilmiş
variantda hazırlanaraq oxucuların istifadəsinə verilib.

Xeberler.az bildirir ki, Sayt AR Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun ərsəyə gətirilib. Veb saytın hazırlanması zamanı müasir İKT metodlarından “PHP 7.3” proqramlaşdırma dili, “10.4.14 – MariaDB” məlumat bazası və “Laravel Framework”-dən (əvvəl Kohana Framework) istifadə olunub. Eyni zamanda “SQL injection”, “XSS” və “CSRF” kimi təhlükəsizlik tədbirləri görülüb.

Portal ölkə başçısının 29 dekabr 2004-cü il tarixli “Azərbaycan Respublikasının  dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Fərmanının 5-ci bəndinə müvafiq olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanlarının informasiya resurslarının saxlanılması üçün nəzərdə tutulan xüsusi serverdə yerləşdirilib.

Bu gün Azərbaycan elminin təbliği istiqamətində ölkəmizdə ixtisaslaşmış ən böyük veb sayt olan Science.gov.az-ın yeni versiyası “AMEA haqqında”, “AMEA-nın prezidenti”, “AMEA RH aparatı”, “Sənədlər”, “Tribuna”, “Xəbərlər” və “Əlaqə” kimi əsas bölmələrdən ibarətdir. Saytın alt kateqoriyalarından istifadə etməklə oxucular AMEA-nın yaranma tarixi, keçdiyi inkişaf yolu, müasir dövrü, Akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu, AMEA rəhbərliyinin fəaliyyəti, qəbul edilən sənədlər, Azərbaycan və dünya elmində baş verən ən son elmi yeniliklərlə tanış ola bilərlər.

Yeni dizaynda ilk dəfə olaraq manşet bölməsi əlavə olunub ki, bu da mühüm xəbərlərin daha erkən gözəçarpmasına imkan verəcək. Saytın foto və video bölməsində isə müvafiq olaraq portaldakı bütün xəbərlərin foto və videoları sistemləşdirilib və istifadəçilər üçün əlçatanlıq imkanları genişləndirilib.

Eyni zamanda saytın əsas səhifəsində AMEA Rəyasət Heyətinin mətbu orqanları “Elm-Nauka” qəzetinin və “Elm və həyat” jurnalının bannerləri yerləşdirilib və daxili bölmələrdə sözügedən nəşrlərin illər və aylar üzrə elektron variantları yüklənib.

Bundan əlavə, portalın əsas səhifəsindəki AMEA-nın “Elm TV” internet televiziyası
bölməsindən və müvafiq keçiddən istifadə etməklə Akademiya və ölkə gündəminə dair əməkdaşlarımızın hazırladıqları süjetlərlə tanış ola bilərsiniz.

Növbəti hissədə isə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Azərbaycan” portalının rəsmi saytlarının keçidləri yerləşdirilib.

Qeyd edək ki, 1995-ci ildə www.ab.az adı ilə istifadəyə verilən Science.gov.az Azərbaycanda ilk veb saytdır. Ötən 26 il ərzində uzun inkişaf yolu keçən portal 3 dildə yayımladığı xəbərlərlə Azərbaycan elminin təbliği və dünya elminə inteqrasiyası, alimlərimizin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Sayt müasir informasiya əsrində dilimizin normalarına riayət etməklə Azərbaycan dilinin saflığının qorunmasına da öz töhfəsini verməkdədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016
AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015
AMEA-nın  veb-portalının monitorinqi keçiriləcək

AMEA-nın veb-portalının monitorinqi keçiriləcək

21-09-2016
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
Science.az portalı 25 illik yubileyini qeyd edir

Science.az portalı 25 illik yubileyini qeyd edir

13-06-2020
AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

08-04-2020
Bu idarələr yeni sayt təqdim etdi

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018
Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017
Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

Vikipediyada Azərbaycanın ilk veb-saytı olan science.gov.az haqqında məlumat yenilənib

10-01-2019
AMEA-nın televiziyası fəaliyyətə başlayır

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015
Azərbaycanın ilk veb-saytının 20 yaşı oldu

Azərbaycanın ilk veb-saytının 20 yaşı oldu

17-12-2015
Online jurnalistika məktəbi 20 illiyini qeyd edəcək

Online jurnalistika məktəbi 20 illiyini qeyd edəcək

06-03-2015
 Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017
Botanika İnstitutunun veb-saytı yeniləndi

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017
Kimya jurnalının saytı təqdim edildi

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017
Veb-saytların monitorinqi aparılıb

Veb-saytların monitorinqi aparılıb

17-09-2015
Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016
Dəniz Akademiyasının veb-saytı yeniləndi

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018
Şamaxı Astrofizika Rəsədxanasının  saytı yenilənib

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017
Milli Terminoloji veb-portal təqdim edilib

Milli Terminoloji veb-portal təqdim edilib

07-03-2018
İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016
"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025
“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025
AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə